-
- 25-10-2023, 15:07
- 232
Müəllimin qatilinə hökm oxundu - VİDEO
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda orta məktəb müəllimini yandırıb öldürməkdə təqsirləndirilən Orxan Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. Vəkil təqsirləndirilən şəxsə bəraət istəyib.
Prosesdə son söz deyən təqsirləndirilən şəxs
Daha sonra təqsirləndirilən şəxsə hökm oxunub.
Təqsirləndirilən şəxs Orxan Novruzov 18 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror Orxan Novruzovun 20 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.
İttihama görə, mayın 27-i Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və orada yaşayan 1961-ci il təvəllüdlü Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 1985-ci il təvəllüdlü Orxan Novruzov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Orxan Novruzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Qeyd edək ki, qətlə yetirilən Xuraman Həsənova orta məktəb müəllimi olub.
Samir Əli