-
- 4-10-2023, 16:13
- 394
Bakıda müəlliməni qətlə yetirərək yandıran şəxsin MƏHKƏMƏSİ
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Orxan Novruzovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
News24.az-ın məlumatına görə, prosesdə şahid ifadələri dinlənilib.
Qeyd edək ki, bu il mayın 27-si saat 7 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və orada yaşayan 61 yaşlı Xuraman Həsənovanın üzərində xəsarət izləri olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 37 yaşlı Orxan Novruzov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Onu da qeyd edək ki, Xuraman Həsənova Qaradağ rayonunda yerləşən 139 saylı orta məktəbin ibtidai sinif müəlliməsi olub.
Samir Əli