Zelenski xəbərdarlıq etdi:
    • 25-10-2023, 16:24
    • 241

Zelenski xəbərdarlıq etdi: "HAZIRIQ"

Rusiya ölkənin enerji infrastrukturuna kütləvi raket zərbələri endirməyə hazırlaşır”.

News24.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib. 

Zelenski Ukrayna Silahlı Qüvvələrinin yalnız özünü müdafiə etməyə deyil, həm də cavab verməyə hazır olduğunu vurğulayıb.

“Biz enerji infrastrukturuna olacaq hücumlarına hazırlaşırıq. Bu il nəinki özümüzü müdafiə edəcəyik, həm də cavab verəcəyik. Düşmən bunu yaxşı bilir. Əvvəlcə donanmanı Krımdan çıxardılar, indi aviasiyalarını sərhədlərimizdən daha da uzağa aparırlar”, - deyə Zelenski qeyd edib.

Ayşən