-
- 7-09-2023, 13:46
- 200
Zelenski yeni müdafiə nazirini HÖKUMƏTƏ TƏQDİM ETDİ
Ukrayna prezidenti Volodimir Zelenski ölkənin yeni müdafiə naziri Rustem Umerovu hökumətə təqdim edib .
News24.az xəbər verir ki, bu barədə dövlət başçısı Telegram kanalında yazıb.
Zelenski vurğulayıb ki, Ukrayna əsgəri müdafiə qüvvələrinin əsas prioritetidir və onun xeyrinə müdafiə qüvvələrinin fəaliyyətində dəyişiklik tələb olunarsa, bu cür dəyişikliklər dərhal həyata keçirilməlidir. Prezidentin sözlərinə görə, bu, hərbçilərin vaxtını və enerjisini tələb edən bürokratik prosedurlardan tutmuş onların təminatına qədər hər şeyə aiddir.
Ukrayna prezidenti qeyd edib ki, əsas şey qəbul edilən qərarlara, davam edən satınalmalara, bölmələr və Ukrayna müdafiə sisteminin digər hissələri arasında əlaqəyə inamdır.
“Əminəm ki, Rustem Umerov bunu təmin etməyə qadirdir”, - deyə Zelenski yekunlaşdırıb.
Ayşən