Zelenski hədələdi: Cavab verəcəklər!
    • 23-07-2023, 20:36
    • 213

Zelenski hədələdi: Cavab verəcəklər!

Dinc şəhərlərə raket zərbələri endirdikləri üçün rus terrorçularına cavab verəcəyik.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində yazıb.

“Rus şərinə heç bir bəraət qazandırmaq olmaz. Həmişə olduğu kimi, bu şər uduzacaq. Odessa üçün rus terrorçularına mütləq cavab olacaq. Onlar bu cavabı hiss edəcəklər", - deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, hazırda düşmənin gecə hücumu nəticəsində zərərçəkənlərin hamısına lazımi yardım göstərilir.

Qeyd edək ki, Rusiya “taxıl sazişin”dən çıxdıqdan sonra son bir neçə gündür Ukraynanın cənubu, xüsusilə Odessa şəhəri gecə raket və dronla vurulur.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinın yaydığı məlumata görə, Odessaya ballistik də daxil olmaqla müxtəlif tipli 19 raket atılıb. Hava hücumundan müdafiə qüvvələri onların yarısını vurub.

Arzu