-
- 25-10-2023, 17:43
- 167
Azərbaycanda film kimi cinayət, sevgilisinə işgəncə verib 9 yaşlı qızını zorladı
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qeyri rəsmi yaşadığı qadına işgəncə verərək azyaşlı qızını zorlamaqda təqsirləndirilən Saymur Şahalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S. Şahalıyev 15 il azadlıqdan məhrum edilib.
İttihama görə, S. Şahalıyev qeyri-rəsmi ər arvad olduğu qadına xüsusi işgəncələr verib. O qadına müxtəlif işgəncələr verəndən sonra ağzına qaynar su tökərək yandırıb. Bununla yanaşı o, qadının 9 yaşlı qızını zorlamaqda və azyaşlı oğlunu girov saxlamaqda təqsirləndirilir.
Təqsirləndirilən şəxs bununla yanaşı, qadının çılpaq video görüntülərini çəkərək onu ərinə göndərəcəyi ilə hədələməklə ondan 50 min manat tələb edib. Qadın pulu verməkdən imtina etdiyi üçün o həmin çəkilişin diskinin qadının ərinə göndərib.
Qadının şikayəti əsasında S. Şahalıyev saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4, 133.2.6, 134, 144.2.1, 145.2.2, 145.2.3, 145.2.5, 150.3.3, 156.1, 157.2, 178.2.2, 182.2.2, 182.2.3, 182.2.4 və 242 maddələri üzrə cinayət işi başlanıb.
Samir Əli