-
- 23-10-2023, 10:58
- 466
Bakıda sevgilisini bıçaqlayıb azyaşlı qızını öldürənə ÖMÜRLÜK CƏZA
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zaur Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24. az-ın məlumatına görə, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə fevralın 2-i Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatovaya bıçaq xəsarət yetirib. 14 yaşlı yeniyetmə G.Şadatova ölüb. Z.Babayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Samir Əli