Buzovnada qumbara tapıldı - VİDEO
    • 26-10-2023, 09:57
    • 183

Buzovnada qumbara tapıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən News24.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı bir ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 58 ədəd 7.62x39 mm-lik və 25 ədəd 7.62x54 mm-lik mərmi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.