"Növbə Samvel Babayanındır..." - DİNDİRİLƏCƏK
    • 26-10-2023, 10:25
    • 232

"Növbə Samvel Babayanındır..." - DİNDİRİLƏCƏK

Qarabağdakı keçmiş separatçı dəstənin keçmiş “rəhbərlərindən” olan, əli azərbaycanlıların qanına batmış Samvel Babayan dindiriləcək.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Məlumata görə, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan komissiya üzvlərinə Samvel Babayanı parlamentin istintaq komissiyasına çağırmağı təklif edib.

“Araik Arutyunyan və Cəlal Arutyunyanın İstintaq Komissiyasına çağırılacağı barədə də məlumatlar var. Araik Arutyunyan dəvət olunmayıb, çünki o, Azərbaycanda həbs olunub. Cəlal Arutyunyan səhhətinə görə hər dəfə parlamentə gedə bilmir, bu səbəbdən komitə onun iştirakı ilə iclas keçirməyib”, - deyə nəşr qeyd edir.

Qəzetin yazdığına görə, Samvel Babayanın İstintaq Komissiyasına çağırılmasına səbəb Ermənistan silahlı qüvvələrinin keçmiş komandanı Movses Akopyanın açıqlamasıdır. Belə ki, M. Akopyanon 44 günlük müharibə zamanı Samvel Babayan və Anna Akopyanın saat 12:00-da görüşdüyünü açıqlamışdı. Bildirilir ki, Nikol Paşinyanın arvadı komanda məntəqəsinə gedib və orada onlara nəsə deyib. Daha sonra isə hadisə baş verib.

Akqabay