Nikol Paşinyan Gürcüstanda səfərdədir
    • 26-10-2023, 10:35
    • 131

Nikol Paşinyan Gürcüstanda səfərdədir

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan “Tbilisi İpək Yolu Forumu” çərçivəsində Gürcüstana səfər edib.

News24.az  xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb

Onların məlumatına görə, Ermənistan Respublikasının baş nazirini Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstanın Regional İnkişaf və İnfrastruktur naziri İrakli Karseladze, Ermənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Aşot Smbatyan və Gürcüstanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri - Giorgi Şarvaşidze qarşılayıb

Nikol Paşinani nümayəndə heyəti ilə Gürcüstana səfər edib. Forumun rəsmi açılışı bu gün olacaq.

Aynurə