İlham Əliyev Gürcüstana GEDƏCƏK
    • 24-10-2022, 11:22
    • 269

İlham Əliyev Gürcüstana GEDƏCƏK

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstana işgüzar səfərə gedəcək.
 
News24.az xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
 
Məlumata görə, Prezident İlham Əliyev səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşəcək.
 
Vurğulanıb ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev saat 14:00-da mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.