Bakıda 4 uşaq atası olan sahibkar sevgilisini dişlədi, sonra isə... — ŞOK OLAY
    • 26-10-2023, 12:38
    • 768

Bakıda 4 uşaq atası olan sahibkar sevgilisini dişlədi, sonra isə... — ŞOK OLAY

Bakının Xəzər rayonunda Orxan sevgilisi Gülnara (adlar şərti verilib – red.) xəsarət yetirib. 

News24.az Demokrat.az-a istinadla xəbər verir ki, hadisə bu ilin avqustun 2-də, saat 23:00-da baş verib. 

Orxan həmin vaxt icarəyə götürərək işlətdiyi Buzovna-Maştağa yolunun sol istiqamətində yerləşən “Zoo” mağazanın içində qeyri-rəsmi olaraq bir yerdə yaşadığı Gülnar ilə aralarında məişət zəminində mübahisə baş verib. 

Mübahisə zamanı Orxan Gülnarın qolundan dişləyib, daha sonra isə yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq xəsarət yetirib. 

Hadisəni törədən Orxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Gülnarı təxminən iki ildir tanıyır:

“Gülnarla qeyri-rəsmi olaraq bir yerdə yaşayıram. Əvvəllər aramızda bir neçə dəfə qısqanclıq zəminində münaqişələrimiz olub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Buzovna-Maştağa yolunun sol istiqamətində yerləşən “Zoo” mağazanı icarəyə götürərək işlədir: “Avqustun 2-də, saat 23:00-da Gülnarla həmin mağazada olarkən aramızda mübahisə yarandı. Həmin vaxt əsəbiləşərək Gülnara iradımı bildirdim. Gülnar sözlərimi eşitmədiyi üçün onun hər iki qol nahiyəsindən tutaraq sıxdım və baş nahiyəsində bir dəfə şillə ilə qəsdən vuraraq müxtəlif bədən xəsarətləri yetirdim”.

Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmişlə barışıb, ona dəymiş ziyanı tamamilə ödəyib. O, 4 azyaşlı uşağı olduğunu, bunu nəzərə alınmasını məhkəmədən xahiş edib. 

İş üzrə zərərçəkmiş Gülnarın sözlərinə görə, təqsirləndirilən Orxanı il yarımdır tanıyır: “Onunla qeyri-rəsmi olaraq bir yerdə yaşayıram. Orxan Buzovna-Maştağa yolunun sol istiqamətində yerləşən “Zoo” mağazanı icarəyə götürərək işlədir. Lakin mütəmadi olaraq spirtli içki içdiyinə görə aramızda münaqişə yaranır”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, avqustun 2-də, saat 23:00-da həmin mağazada olarkən Orxan yenə heç bir səbəb olmadan mübahisə yaradıb, onu söyərək təhqir edib: “Orxana iradımı bildirdikdə qolumdan dişlədi. Daha sonra isə yumruq və təpiklə bədənimin müxtəlif nahiyələrinə qəsdən vuraraq xəsarət yetirdi. Aramızda baş verən münaqişə təxminən 2-3 saat davam etdi. Həmin vaxt yanımızda heç kim olmayıb. Hazırda Orxan mənə dəymiş ziyanı tamamilə ödəyib, onunla barışmışam. Orxandan şikayətçi deyiləm, onun həbs edilməsini də istəmirəm”.

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Orxana 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

Təqsirləndirilən şəxsə yaşadığı ünvanı gecə saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 

Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. 

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.