Azərbaycan Hökuməti ilə YUNESKO arasında müqavilə imzalanıb
    • 28-03-2019, 15:27
    • 820

Azərbaycan Hökuməti ilə YUNESKO arasında müqavilə imzalanıb

Mədəniyyət naziri Əbülfəs Qarayevin YUNESKO-da görüşləri çərçivəsində Azərbaycan Hökuməti ilə YUNESKO arasında 2019-cu ilin 30 iyun-10 iyul tarixində Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkil edilməsi ilə bağlı müqavilə imzalanıb.

News24.az
bildirir ki, müqaviləni Azərbaycan Hökuməti tərəfdən nazir Əbülfəs Qarayev, YUNESKO tərəfdən isə baş direktorun müavini Ernesto Ottone Ramirez imzalayıb.

Sənəddə tədbirin təşkili ilə bağlı həm Azərbaycanın, həm də YUNESKO-nun vəzifə öhdəlikləri əks olunub. Bununla yanaşı, müqavilədə Komitədən əvvəl keçiriləcək Gənc Peşəkarlar Forumu və Abidə M/enecerlərinin Forumunun təşkili ilə bağlı məsələlər gostərilib.