Şəkidəki qətlin TƏFƏRRÜATI: Kənddə müxtəlif evlərdə...
    • 26-10-2023, 18:16
    • 305

Şəkidəki qətlin TƏFƏRRÜATI: Kənddə müxtəlif evlərdə...

Şəkinin Aşağı Küngüt kəndində baş verən qətlin bəzi təfərrüatları məlum olub.

News24.az  xəbər verir ki, bu barədə "Report"a Aşağı Küngüt kənd icra nümayəndəsi Elsəvər Qasımov məlumat verib.

O bildirib ki, oktyabrın 26-da saat 16 radələrində kəndlərində yaşayan yeznə və qaynın mübahisəsi sonda kürəkənin ölümü ilə nəticələnib.

Elsəvər Qasımov əlavə edib ki, 1982-ci il təvəllüdlü Həşimov Asif Arif oğlu Oğuz rayonunda qeydiyyatdadır:

"O, Aşağı Küngüt kəndindən olan xanımla ailə qurduqdan sonra bu kənddə müxtəlif evlərdə kirayə yaşayıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü İsayev Cavid Beybud oğlu isə qətlə yetirilən Asif Həşimovun həyat yoldaşının qardaşıdır. İcra nümayəndəsinin sözlərinə görə, bu vaxta qədər kürəkən və qayın arasında hər hansı bir ədavətə şahidlik etməyib".

Kənd sakinlərinin sözlərinə görə, Asif Həşimov və Cavid İsayev kənd ərazisində mübahisə etdikdən sonra məsələni aydınlaşdırmaq üçün avtomobillə kənddən uzaqlaşıblar. Hadisə də həmin ərazidə baş verib.

Qeyd edək ki, 1982-ci il təvəllüdlü Həşimov Asif Arif oğlu kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini, 1988-ci il təvəllüdlü İsayev Cavid Beybud oğlu könüllü olaraq polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

xxx

Oktyabrın 26-da Şəki rayon Mərkəzi xəstəxanasından rayon prokurorluğuna 1 nəfər şəxsin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Şəki Rayon Prokurorluğundan News24.az -a verilən məlumata görə, araşdırma zamanı 1988-ci il təvəllüdlü Şəki rayon Aşağı Küngüt kənd sakini Cavid İsayevin aralarında yaranmış mübahisə zamanı qohumu, 1982-ci il təvəllüdlü, Oğuz rayon sakini Asif Həşimovu öz avtomobilində bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Cavid İsayev istintaqa könüllü təslim olub və şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

xxx

Oktyabrın 26-da saat 16 radələrində 1982-ci il təvəllüdlü Həşimov Asif Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini, 1988-ci il təvəllüdlü İsayev Cavid Beybud oğlu könüllü olaraq polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən şəxs Oğuz rayon sakinidir.