Kürəkən qaynatasını baltaladı - TƏFƏRRÜAT
    • 30-09-2019, 23:53
    • 637

Kürəkən qaynatasını baltaladı - TƏFƏRRÜAT

Ağstafa rayonunun Aşağı Göycəli kəndində 1962-ci il təvəllüdlü Aydın Mehdiyevin baltalanması ilə nəticələnən hadisənin müəyyən təfərrüatları bilinib.
News24.az  xəbər verir ki, hadisəni törədən 1986-cı il təvəllüdlü həmin kəndin sakini Əli Əliyevlə qaynatası arasında bir müddət mübahisə olub.
Hadisə olan günü isə Aydın Mehdiyev kürəkənin evinə gedib və mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə əsəblərinə tab gətirməyən 33 yaşlı kürəkən qaynatasının baş nahiyyəsinə iki dəfə zərbə endirib.
Huşunu itirən A.Mehdiyevi yaxınları Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Çoxlu qan itirən şəxsin vəziyyəti hazırda orta ağıdır.
Faktla bağlı araşdırma davam etdirilir.
/BAKU.WS/