-
- 26-10-2023, 19:09
- 202
Rusiya Azərbaycan və Ermənistan öz platformalarını qəbul etməyə hazırdırlar - Zaxarova
Rusiya mükəmməl üçtərəfli sammitə çıxış perspektivi ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini öz platformasında qəbul etməyə əvvəlki kimi hazırdır.
News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O deyib: “İrəvanda siyasi iradə olduğu təqdirdə, Rusiya mükəmməl üçtərəfli sammitə çıxış perspektivi ilə Azərbaycan və Ermənistanın XİN rəhbərlərini öz platformasında qəbul etməyə əvvəlki kimi hazırdır”.
M.Zaxarova əlavə edib ki, Avropa İttifaqının Ermənistandakı missiyası monitorinq adı altında Rusiya və İran əleyhinə kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldur.
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması işində İrəvanın Qərb vasitəçiliyinə meyilliliyinin yanlışlığı, 2020-ci ildən 2022-ci ilədək əldə olunan yüksəksəviyyəli üçtərəfli bəyanatlar toplusunun icrasını ləngitmək cəhdləri getdikcə daha aydın görünür”, - deyə M.Zaxarova qeyd edib.