Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək
    • 27-04-2023, 14:41
    • 272

Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək

Rusiya ərazisində Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünə dair razılaşma artıq var, tarix daha sonra açıqlanacaq.

News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.