Rusiyadan Türkiyə və Ermənistana təklif
    • 15-12-2021, 18:39
    • 611

Rusiyadan Türkiyə və Ermənistana təklif

“Moskva Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına kömək etməyə hazırdır”.

News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. 

"Biz Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının regionda ümumi vəziyyətin yaxşılaşmasına töhfə verəcəyi, sağlam etimad və mehriban qonşuluq mühitinin formalaşmasına kömək edəcəyi ehtimalından çıxış edirik", - deyə Zaxarova qeyd edib. 

Onun sözlərinə görə, Moskva normallaşma problemlərini müzakirə etmək üçün Ankara və İrəvanın nümayiş etdirdiyi ikitərəfli dialoqu alqışlayır və bu məqsədlər üçün tərəflərin xüsusi nümayəndələrinin təyin edilməsi məntiqli və ağlabatandır.

“Rusiya bu prosesə hər cür kömək etməyə hazırdır”, - Zaxarova əlavə edib.

Xatırladaq ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Ermənistanın qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin edəcəklərini açıqlamışdı. /Qafqazinfo/