FHN metroda təlim KEÇİRƏCƏK
    • 26-10-2023, 21:16
    • 126

FHN metroda təlim KEÇİRƏCƏK

Fövqəladə Hallar Nazirliyi (FHN) ilə “Bakı Metropoliteni” QSC metronun “20 Yanvar” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda oktyabrın 27-də gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.

News24.az xəbər verir ki, qurum məlumat yayıb. Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.