Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC təlim keçirəcək
    • 28-07-2023, 02:01
    • 196

Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC təlim keçirəcək

Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “Nizami” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 28 iyul 2023-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.

Qurumdan News24.az-a verilən məlumata görə, təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.