Aprel ayından ödənişlər artımlarla veriləcək
    • 28-03-2019, 17:48
    • 826

Aprel ayından ödənişlər artımlarla veriləcək

"Prezident İlham Əliyevin tapşırığına əsasən aprel ayından ödənişlər artımlarla veriləcək".

News24.az
xəbər verir ki,  bunu  Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, ümumilikdə artımlar 600 min insanı əhatə edəcək:
“Prezident İlham Əliyevin göstərişi ilə on dörd növ sosial müavinətin, yeddi növ prezident təqaüdünün məbləğlərinin artırılması və iki növ yeni prezident təqaüdünün təqdim edilməsinə dair tapşırıq verilib. Bütün nomrativ hüquqi aktlar imzalanaraq aidiyyatı üzrə təqdim olunub. Yaxın günlərdə bu aktların imzalanması gözlənilir. Aprel ayında vətəndaşların ödənişlərinin bu artımlarla alması nəzərdə tutulur. Ümumilikdə, artımlar 600 min insanı əhatə edəcək. Onların da 300 mindən çoxu əlilliyi olan şəxslərdir. 400 milyon manatlıq əlavə maliyyə xərci tələb olunan addımlar ciddi şəkildə həm əliliyi olan şəxslərin, həm müharibə veterenların, həm də xüsusi kateqoriyada olan digər şəxslərin gəlirlərinin ciddi şəkildə artmasına səbəb olacaq. Bu ayın ödənişlərini artımlarla ala biləcəklər. Bu sahədə hər hansı çətinliyimiz olmayacaq”.