Türkiyəyə ŞOK xəbərdarlıq:
    • 27-10-2023, 11:47
    • 186

Türkiyəyə ŞOK xəbərdarlıq: "FƏLAKƏT OLACAQ"

Təqaüddə olan briqada generalı Naim Babüroğlu İsrail-Fələstin müharibəsinin Türkiyəyə təsiri ilə bağlı diqqətçəkən açıqlama verib.

News24.az  musavat.com-a istinadən bildirir ki, Babüroğlu İsraillə HƏMAS arasında oktyabrın 7-də başlayan qarşıdurmanın davam etdiyi bir vaxtda ABŞ-ın bölgəyə bir təyyarədaşıyan gəmisi və əlavə hərbi elementlər yerləşdirdiyini, daha sonra İsraillə birlikdə Suriya və İraqda hava əməliyyatı həyata keçirdiyini, lakin region ölkələrinin bunu qınamadığını və susduğunu bildirib.

O xəbərdarlıq edib ki, İraq və Suriyanın parçalanması və regionda sabitliyin pozulması Türkiyə üçün fəlakətlə nəticələnəcək.

Təqaüddə olan general Suriya və İraqdan sonra İranın da hücumların hədəfi olacağını, güclü regional mövqedə olan Tehranın sabitliyinin pozulmasının bölgə üçün böyük fəlakət olacağını iddia edib.

"ABŞ və İsrail davamlı olaraq İraq və Suriyaya hava zərbələri endirir. Region ölkələrindən heç bir qınaq yoxdur. Bir daha deyirəm: İraq və Suriyanın daha da parçalanması və qeyri-sabitliyi bölgə və Türkiyə üçün fəlakətdir. İrana gəlincə, bu, region üçün ölümcül zərbə olacaq" - Naim Babüroğlu qeyd edib.