-
- 12-10-2023, 16:38
- 321
İsrail BOMBALADI: bu aeroportlar fəaliyyətlərini DAYANDIRDI
Suriyanın Dəməşq və Hələb hava limanları fəaliyyətini dayandırıb.
News24.az xəbər verir ki, İsrail adıçəkilən hava limanlarına zərbələr endirib.
Suriya dövlət mediası bildirir ki, İsrail hava hücumları Suriyanın paytaxtı Dəməşq və şimalındakı Hələb şəhərinin beynəlxalq hava limanlarını vurub, onların uçuş-enmə zolaqlarını zədələyib və istismardan çıxarıb.
SANA dövlət xəbər agentliyi adı açıqlanmayan hərbçiyə istinadən xəbər verir ki, hücumlar nəticəsində heç kim xəsarət almayıb. İsrail ordusu şərh verməkdən imtina edib.
Bu, HƏMAS qruplaşmasının İsrailin cənubunda ölümcül hücumlarını həyata keçirdikdən sonra İsrailin Suriyaya ilk zərbələri hesab olunur. Hava hücumları İranın xarici işlər nazirinin bölgədəki qeyri-sabit vəziyyətlə bağlı rəsmilərlə görüşmək üçün Suriyaya səfər etməsindən bir gün əvvəl edilib.
İsrail Livan Hizbullahı da daxil olmaqla, Tehranın dəstəklədiyi silahlı qruplaşmalara İrandan silah göndərilməsinin qarşısını almaq məqsədilə Suriyanın hökumətin nəzarətində olan bölgələrindəki hava limanlarını və dəniz limanlarını hədəfə alıb.
İsrail son illərdə Dəməşq və Hələb hava limanlarına hücumlar da daxil olmaqla, Suriya hökumətin nəzarətində olan bölgələrindəki hədəflərə yüzlərlə zərbə endirib.
Akqabay