Gərgin gecə: İranın hərbi mövqeləri vuruldu
    • 14-06-2023, 10:13
    • 183

Gərgin gecə: İranın hərbi mövqeləri vuruldu

İsrailin Suriyanın paytaxtı Dəməşqdəki bəzi hərbi məntəqələrə hava zərbələri endirdiyi iddia olunur.

News24.az xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.

Məlumatda gecə saatlarında Dəməşqin cənub-qərbindəki bəzi məntəqələrin İsrail qüvvələrinin hava hücumu ilə hədəfə alındığını bildirilib.

“Hava hücumundan müdafiə sistemlərimiz düşmən (İsrail) raketlərinin bir qismini vurub. Bir hərbçinin yaralandığı hücumla əlaqədar maddi zərər var”, - agentlik qeyd edib.

Hücumla bağlı İsraildən rəsmi açıqlama verilməyib.

Dəməşq və ətrafında “Hizbullah”, İran və onun dəstəklədiyi digər terrorçu qruplaşmalarının, eləcə də Suriya ordusunun qüvvələri yerləşir. Hücumda həmin mövqelərin hədəfə alındığı ehtimal olunur.

İsrail zaman-zaman özünə təhdid və təhlükə yaradan İranın dəstəklədiyi qruplaşmalara və Suriya ordusuna qarşı antiterror əməliyyatları keçirir.