Gürcüstandan Türkiyəyə qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb
    • 3-06-2022, 12:31
    • 304

Gürcüstandan Türkiyəyə qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstandan Türkiyəyə qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.

 News24.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, qurumun sərhəd xidmətinin əməkdaşları 1996-cı il təvəllüdlü Azərbaycan vətəndaşı F.İ.-ni, həmçinin onunla birlikdə iki Türkiyə vətəndaşı – 1990-cı il təvəllüdlü S.H. və 1989-cu il təvəllüdlü Ç.K.-nı Gürcüstanın dövlət sərhədini qanunsuz pozmağa cəhd edərkən saxlayıb.

Bildirilib ki, sözügedən şəxslər qrup halında Gürcüstandan Türkiyəyə keçməyə cəhd ediblər.

Faktla əlaqədar cinayət işi açılıb, saxlanılan şəxslərin 5 ilədək azadlıqdan məhrum edilməsi mümkündür./Apa/