Bakıda marşrut xətlərinə əlavə 112 avtobus cəlb edildi
    • 11-09-2023, 18:09
    • 180

Bakıda marşrut xətlərinə əlavə 112 avtobus cəlb edildi

Bakıda 31 marşrut xətti üzrə sərnişindaşımaya əlavə 112 avtobus cəlb edilib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Həmin nəqliyyat vasitələri sərnişin tələbatının daha çox müşahidə edildiyi 1, 2, 3, 6, 7A, 11, 13, 14, 21, 33, 38, 40, 46, 49, 60, 71, 77, 79, 88, 96, 114A, 114B, 119, 125, 133, 136, 160, 165, 199, 206 və M8 marşrut xətləri üzrə istifadəyə verilib. Hazırda müxtəlif marşrutlar üzrə xətlərə əlavə avtobusların cəlb edilməsi prosesi davam etdirilir.

Məlumata görə, daşıyıcılarla keçirilən görüşlərdə sərnişin tələbatı barədə məlumatların mütəmadi olaraq AYNA-ya təqdim edilməsi barədə tapşırıq verilib. Həmçinin avtobus parklarına baxış keçirilərək nəqliyyat vasitələrinin sazlığı yoxlanılıb. Eyni zamanda paytaxtda yolların buraxılış imkanlarının artırılması üçün avtobus zolaqları da təşkil edilir. Hazırda zolaq dəhlizinin yaradılması istiqamətində iş aparılır.