Nazir: Bu il 178 cinayətkar qrup zərərsizləşdirilib
    • 27-10-2023, 18:28
    • 103

Nazir: Bu il 178 cinayətkar qrup zərərsizləşdirilib

Ağır və xüsusilə ağır cinayətlər törətmiş 466 nəfərdən ibarət 178 cinayətkar qrup zərərsizləşdirilib.

News24.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin cari ilin 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda Kollegiya iclasında nazir Vilayət Eyvazov deyib.

O bildirib ki, axtarılan təqsirləndirilən şəxslərin 83,3 faizi tutulub. Törədilmiş cinayətlər nəticəsində vətəndaşlara dəymiş maddi ziyanın 79, xırda talamalar nəticəsində vurulmuş ziyanın 93,1 faizi ödətdirilib.