-
- 23-10-2019, 18:08
- 1 229
Bu il Bakıda 8023 cinayət hadisəsi QEYDƏ ALINIB
Bu ilin 9 ayında Bakıda 8023 cinayət hadisəsi qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində keçirilən əməliyyat müşavirəsində Baş İdarənin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Teymur Hacıyev bildirib. O qeyd edib ki, cari ilin 9 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə qeydə alınan həmin cinayətlərin 87,7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 12,3 faizi isə ağır və xüsusilə ağır növlər olub.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlər 3,2 faiz, az ağır cinayətlər 1,5 faiz, böyük ictimai təhlükə törətməyən cinayətlər 9,5 faiz, adam öldürməyə cəhdlər 13,6 faiz, ehtiyatsızlıqdan adam öldürmə 20 faiz, mülkiyyət əleyhinə cinayətlər 12 faiz azalıb. İstintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 93,9 faizi ödətdirilib.