-
- 27-10-2023, 21:17
- 226
Boris Conson televiziya aparıcısı olacaq
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Britaniyanın xəbər kanalı “GB News”da aparıcı olacaq.
News24.az “Qafqazinfo”ya istinadən istinadən xəbər verir ki, Conson kanalla müqavilə imzalayıb.
Televiziya kanalından bildirib ki, Conson gələn il aparıcı və şərhçi kimi onlara qoşulacaq.
Keçmiş Baş nazirin kanalla imzaladığı müqaviləsinin dəyəri açıqlanmayıb.