"Qarabağsız və Rusiyasız yeni Ermənistan qurulur" - Melkonyan
    • 28-10-2023, 13:14
    • 337

"Qarabağsız və Rusiyasız yeni Ermənistan qurulur" - Melkonyan

“Ermənistan cəmiyyətində yeni quruluş formalaşdırılır və orada Qarabağ məsələsi yoxdur”.

News24.az xəbər verir ki, bunu “Kommersant” qəzetinə müsahibəsində Erməni Araşdırmalar Fondunun elmi direktoru Sergey Melkonyan deyib.

O qeyd edib ki, hazırkı Rusiya-Ermənistan münaqişəsi qiymətləndirməmək olmaz:

“İctimai rəy qurulmuş bir şeydir. Erməni cəmiyyətində isə Qarabağdan, Rusiya ilə müttəfiqlik münasibətlərindən imtinaya əsaslanan yeni kimlik qurulur. Bütün bunlar bir quruluşdur və indi formalaşır. Yeni konstruksiyada Rusiyaya yer yoxdur”.

Akqabay