Nikolu Rusiyaya qarşı danışdıran Fransadır?
    • 5-09-2023, 14:05
    • 150

Nikolu Rusiyaya qarşı danışdıran Fransadır?

“Rusiya ilə Ermənistan arasında münasibətlər pisləşməkdə davam edir. Ermənistanın baş naziri İtaliyanın “La República” qəzetinə müsahibə verib və orada təhlükəsizlik məsələsində Rusiyaya “stavka” qoymağın Ermənistanın strateji səhvi olduğunu bildirib”.

News24.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Rusiyada buna kəskin mənfi reaksiya verdilər. Xarici İşlər Nazirliyindəki “diplomatik mənbələr” Rusiya mətbuatına bildiriblər ki, Ermənistan rəhbərliyi bu cür hərəkətləri ilə ölkəni yanlış istiqamətə aparır. Bütün bunlar Ermənistan və Azərbaycan hərbçiləri arasında getdikcə tez-tez baş verən toqquşmalar fonunda baş verir. Laçın yolunun və Ağdam yolunun işləməməsi fonunda. Və Fransanın Ermənistan tərəfində regiona girib Rusiyanı sıxışdırıb çıxarmaq cəhdləri fonunda...”, - politoloq vurğulayıb.

Akqabay