"Regionun gündəmini Azərbaycan həll edir" - MELKONYAN
    • 6-10-2023, 18:39
    • 209

"Regionun gündəmini Azərbaycan həll edir" - MELKONYAN

“Ermənistan subyektdən faktora, sonra faktordan obyektə çevrilib. İndi regionda məsələlər Ermənistansız həll olunur. Müttəfiqlərimiz də Azərbaycanla əməkdaşlıq edirlər, edəcəklər, çünki regionun gündəmini Azərbaycan həll edir, Ermənistan isə həmin gündəmə müqavimət göstərə bilmir. Bu durumda Ermənistanla razılaşmağın mənası yoxdur”.

News24.az xəbər verir ki, bu barədə ermənistanlı politoloq Sergey Melkonyan deyib.

Melkonyan yeni reallıq kontekstində ABŞ, Avropa Birliyi, İran və Rusiyanın Azərbaycanın yaratdığı gündəmi qəbul etiyini və onunla hesablaşdığını da söyləyib.

“Azərbaycan diktə edir, Ermənistan yerinə yetirir”, - politoloq vurğulayıb.

 Ayşən