Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşdülər – FOTO

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşdülər – FOTO
SİYASƏT

29-03-2019, 11:00

Mətn ölçüsü

Vyanada ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab  Mnatsakanyan arasında görüş keçirilib. Bu barədə News24.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumat verilib. Görüş zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 29 mart tarixində keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə etdilər.