Moskvada Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü başlayıb - YENİLƏNİB
    • 15-04-2019, 13:45
    • 1 790

Moskvada Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü başlayıb - YENİLƏNİB

S.Lavrov azərbaycanlı və erməni həmkarlarını qarşılayıb. XİN başçıları salamlaşıblar.

Sonra hər üç ölkənin nazirləri birgə foto çəkdiriblər.
Daha sonra isə E.Məmmədyarov, S.Lavrov və Z.Mnatsakanyan arasında görüş başlayıb. Mətbuata qapalı keçirilən toplantıda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunur.
Görüşün sonunda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanat yayacağı gözlənilir.


*** 12:56
Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

News24.az
"Reprot"-a istinadən xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi, Rusiyanın XİN başçısı Sergey Lavrov da iştirak edir.