-
- 28-10-2023, 14:51
- 256
Zəfər tarixinə həsr olunan konfrans keçirildi - VİDEO
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında ulu öndərin 100 illik yubileyi və “Zəfər Gününə” həsr olunmuş “Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Zəfər tarixi" mövzusunda elmi-praktik konfrans keçirilib.
DİN-in mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, konfransda Milli Məclisin, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin, Vəkillər Kollegiyasının, eləcə də bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri və kursantlar iştirak ediblər. Bir çox ölkədaxili qurumların 150-dən artıq əməkdaşı da onlayn formatda konfransa qatılıb.
Tədbir iştirakçıları Akademiyada ulu öndərin abidəsi önünə gül dəstələri qoyduqdan sonra konfrans zalında ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.
İlk olaraq konfrans iştirakçılarını salamlayan DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov “Zəfər tarixinin əldə olunmasında ümummilli lider Heydər Əliyevin əvəzolunmaz rolu” mövzusunda açılış nitqi ilə çıxış edib və konfransın işinə uğurlar arzulayıb.
Sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz Əhmədov, Heydər Əliyev adına Hərbi İnstitutun rektoru, general-mayor Füzuli Salahov, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayev, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Pərviz Ələkbərov və DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Elçin Məmmədli çıxış ediblər.
Daha sonra konfrans iştirakçılarının, eyni zamanda kursant və tələbələrin Azərbaycanın Zəfəri ilə yekunlaşan tarixi prosesdə Heydər Əliyevin uzaqgörən siyasətinin nəticələri mövzularında təqdimatları dinlənilib.
Konfransın mövzusu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.