Yaxın iki gündə Bakı səması TOZLU OLACAQ
    • 29-10-2023, 00:42
    • 155

Yaxın iki gündə Bakı səması TOZLU OLACAQ

Bu gün Bakı şəhəri və Abşeron yarımadasında səhər saatlarından başlayaraq havada toz müşahidə olunur.

News24.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən, havada tozun miqdarı 1,6 dəfə normadan yüksək olub.

Müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar lokal xarakterlidir və bu cür hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.