Məşhur aktyor hamamda boğularaq ÖLDÜ - FOTO
    • 29-10-2023, 10:12
    • 201

Məşhur aktyor hamamda boğularaq ÖLDÜ - FOTO

Dünyaca məşhur “Friends” serialında Chandler Bing obrazını canlandıran Metyu Perri 54 yaşında dünyasını dəyişib. 

News24.az xəbər verir ki, bu barədə “Sondakika.com” məlumat yayıb.

Perrinin evinin hamam vanasında boğularaq öldüyü təxmin edilir.

Perri keçmişdə narkotik və alkoqol asılılığından müalicə alıb. Lakin polisdəki mənbələr evdə narkotik olmadığını bildiriblər.

Faktla bağlı araşdırma davam etdirilir.

Ülkər Abdurahmanlı