-
- 29-10-2023, 12:16
- 277
Təcili atəşkəs elan edilməlidir – Antonio Quterres
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres bir daha atəşkəs çağırışını təkrar edib.
News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İsrail-Həmas müharibəsinə növbəti qiyməti verib.
“Humanitar fəlakətin gözümüzün önündə cərəyan etdiyi Qəzzada insanların ehtiyaclarını ödəmək üçün yardımların çatdırılması və təcili humanitar atəşkəsin elan edilməsi olduqca vacibdir” -deyə, qeyd edib.
Ülkər Abdurahmanlı