-
- 29-10-2023, 13:03
- 197
Toyda mahnıya görə dava çıxdı - Ölən və yaralananlar var
Türkiyədə toyda mahnı istəyinə görə bəylə gəlin dava ediblər.
Dava nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
Hadisə ötən gün saat 23.30 radələrində baş verib. Emrah Kabakoğlu və Gülseren Coşkunun toyunda səsləndiriləcək mahnıya görə bəylə gəlin arasında gərginlik yaşanıb. Dava zamanı bəyin dayısı Oktay Kabakoğlu sınmış pivə şüşəsi ilə ürəyindən xəsarət alıb.
Xəbər üzərinə çox sayda polis və təcili tibbi yardım maşınları məhəlləyə sövq edilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Ülkər Abdurahmanlı