“Real Madrid”in futbolçusunun vəziyyəti KRİTİKDİR
    • 29-10-2023, 16:40
    • 133

“Real Madrid”in futbolçusunun vəziyyəti KRİTİKDİR

"Real Madrid" - "Barselona" matçında "El Klasiko"da zədələnən fransalı yarımmüdafiəçi Aurelien Tchouamenidən bəd xəbər gəlib.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçinin sol ayağının  sümüyünün sındığı açıqlanıb. Fransız ulduzun zədə səbəbindən 6-8 həftə meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, bu mövsüm indiyədək 14 oyun keçirən Tchouameni 1 qol vurub.

Ülkər Abdurahmanlı