Real Madrid türk ulduza şans verəcək
    • 19-07-2023, 17:53
    • 480

Real Madrid türk ulduza şans verəcək

İspaniya 1-ci Futbol Liqasının (La Liqa) təmsilçisi “Real Madrid”in ABŞ-də qatılacağı hazırlıq turnirinin heyətində Türkiyənin gənc futbolçusu Arda Gülər də yer alıb. 

News24.az İspaniya mətbuatına istinadən xəbər verir ki, italiyalı məşqçi Karlo Ançelotti 18 yaşlı futbolçunun performansını bəyənib.

Real Madrid “2023 Futbol Çempionatı Turniri” çərçivəsində “Milan”, “Mançester Yunayted”, “Barselona” və “Yuventus”la qarşılaşacaq.