Yeşilçamın məşhur aktrisası vəfat etdi – FOTO
    • 29-10-2023, 17:02
    • 161

Yeşilçamın məşhur aktrisası vəfat etdi – FOTO

Türkan Şoray, Filiz Akın, Belgin Doruk, Hülya Koçyiğit, Fatma Girik, Emel Sayın, Gülşen Bubikoğlu və Necla Nazır kimi bir çox məşhur adı Yeşilçamda səsləndirən 94 yaşlı Ceyan Tözüm dünyasını dəyişib. 

News24.az xəbər verir ki, bu barədə”Sondakika.com” məlumat yayıb.

Onun vəfatı pərəstişkarlarını kədərləndirib.

Jurnalist, türk illüzionist və teatr aktyoru Sermet Erkin ustad sənətkarın ölüm xəbərini sosial media hesabından açıqlayıb.

 “Cənazəsi sabah günorta saatlarında Zincirlikuyu Qəbiristanlığı məscidində keçiriləcək”-deyə, paylaşımda qeyd olunub.

Ülkər Abdurahmanlı