Cahangir Hacıyevin bacısı aeroportda SAXLANILDI - FOTO
Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılaraq, geri qaytarılıb. Ə.Hacıyeva Gürcüstana getmək istəyirmiş.
News24.az xəbər verir ki, Ə.Hacıyeva özü də Bizimyol.info-ya məlumatı təsdiqləyib. Bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qardaşı C.Hacıyevin işi üzrə istintaq aparılarkən iki il əvvəl onun da ölkədən çıxışına məhdudiyyət qoyulub. Bu məhdudiyyətlə əlaqədar əvvəlcə yerli məhkəmələrə, daha sonra Avropa Məhkəməsinə şikayət edib.