-
- 12-10-2018, 15:21
- 1 409
"Günə 4 minlik şərab içir... "- Dünya mediası Hacıyevadan yazır
Son 10 ildə Londonun məşhur univermağı "Harrods”da 35.85 milyon manat xərcləyən Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Türkiyə mediasının da diqqət mərkəzindədir.
Hacıyevanın xərcləmələri ilə bağlı İngiltərə mətbuatında yer alan "Dünya belə pul xərcləyən qadın görmədi” şərhi Türkiyə mediasının manşetinə daşınıb.
"The Sun” nəşrində xərcləmələrlə bağlı dərc olunan siyahıda ən diqqət çəkənlər arasında Z.Hacıyevanın hər gün şüşəsi təxminən 4 min manatlıq şərabdan içməsi, Fransanın zinət əşyaları və saat evi olan "Boucheron”dan təxminən 337 min manata broş və 225 min manata "Cartier” dən zinət əşyası almasıdır.
Eyni zamanda, məhkəmə sənədlərində qeyd edilir ki, Cahangir Hacıyev həyat yoldaşı üçün xüsusi yaşayış vizası almaq üçün təxminən 2 milyon 250 min manat və aylıq yaşayışı üçün təxminən 45 min AZN pul ödəyib.
Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı”nın 15 il rəhbəri olmuş Cahangir Hacıyev elə payının əksər hissəsi dövlətə məxsus olan həmin bankın pullarını mənimsəməkdə, vəzifə səlahiyyətlərini aşmaqda və rüşvət almaqda ittiham edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Pul yeyintisində onun arvadı Zamirə Hacıyeva cinayət ortağı kimi tanınıb, lakin İngiltərə höküməti onu Azərbaycanın istintaq orqanlarına verməkdən imtina edib.
// qafqazinfo