Əyləncə mərkəzində təhlükəli anlar yaşandı - ANBAAN VİDEO
    • 29-10-2023, 18:37
    • 219

Əyləncə mərkəzində təhlükəli anlar yaşandı - ANBAAN VİDEO

Cənubi Koreyanın Gyeongju şəhərindəki bir əyləncə parkında 22 nəfər sürət qatarının nasazlığı nəticəsində bir müddət 55 metr yüksəklikdə sıxılmış vəziyyətdə qalıb.

News24.az xəbər verir ki,bu barədə "Ntv haber" məlumat yayıb.

Qatarda olan 22 nəfər 55 metr hündürlükdə xilas olunmaq üçün təxminən 20 dəqiqə gözləyib.

Parkın işçiləri bütün sərnişinlərin təhlükəsiz şəkildə enməsini təmin ediblər.

Səlahiyyətlilər nasazlığın təhlükəsizlik sensorunun işə düşməsi səbəbindən baş verdiyini və sıxışanların xəsarət almadığını bildirib.

Ülkər Abdurahmanlı