158 maşın bir-birinə çırpıldı – Çox sayda ölü və yaralı var
    • 24-10-2023, 14:01
    • 409

158 maşın bir-birinə çırpıldı – Çox sayda ölü və yaralı var

ABŞ-ın Luiziana ştatında sıx duman səbəbindən zəncirvari qəza baş verib.

News24.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

158 maşının bir-birinə çırpılçası nəticəsində 7 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

Qəzadan sonra Mançak bölgəsi yaxınlığında İ-55 yolunun hər iki tərəfində uzun avtomobil növbələri yaranıb və yolda qalan sürücüləri xilas etmək üçün məktəb avtobuslarından istifadə edilib. Polisdən verilən məlumata görə, qəza zamanı avtomobillərdən biri magistral yolda barmaqlıqların üstündən keçərək suya düşüb və avtomobilin sürücüsü xəsarət almadan xilas olub.

Ülkər Abdurahmanlı