Lavrov Xəzəryanı komissiya barədə:
    • 30-10-2023, 16:00
    • 169

Lavrov Xəzəryanı komissiya barədə: "Sülhün qorunmasında mühüm... "

“Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması və tam gücü ilə fəaliyyətə başlaması Xəzəryanı dövlətlərin coğrafi mövqeyindən asılıdır. Bu beynəlxalq layihə Xəzər ətrafındakı bütün dövlətlərin maraqlarına cavab verir və onun reallaşması üçün birgə səylər daha effektli ola bilər”.

News24.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Serqey Lavrov bildirib.

Lavrov Xəzəryanı komissiyanın yaradılması təklifi ilə çıxış edərək bildirib ki, bu komissiyanın fəaliyyəti regionda sabitliyin və dayanıqlı sülhün qorunmasında mühüm rol oynaya bilər.

Nazir Xəzər “beşliyi”nə daxil olan dövlətlərin (Rusiya, Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan) birgə fəaliyyətinin səmərəli olacağını diqqətə çatdırıb.

“Bu və beynəlxalq əhəmiyyət daşıyan digər nəqliyyat layihələrinin reallaşdırılması üçün Xəzər ətrafındakı dövlətlərin qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi zəruridir”,- o, deyib.

Lavrovun sözlərinə görə, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın bütün dövlətlər tərəfindən imzalanması əməkdaşlıq üçün geniş hüquqi baza yaradıb.

Ayşən