Rusiya XİN: Azərbaycan Rusiyanın mehriban tərəfdaşıdır
    • 29-01-2019, 13:02
    • 892

Rusiya XİN: Azərbaycan Rusiyanın mehriban tərəfdaşıdır

Xəzərin hüquqi statusu barədə konvensiyada nəzərdə tutulduğu kimi, regiondakı vəziyyətin məsuliyyəti yalnız “Xəzər beşliyi” ölkələri (Rusiya, Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan) üzərində olmalıdır.

Bunu Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov Həştərxan vilayətinin qubernatoru Sergey Morozovla görüşü zamanı bildirib.
Rusiya XİN-in başçısı Azərbaycan, İran, Qazaxıstan, Türkmənistanı “xarici siyasətin başqa istiqamətləri” üzrə Rusiyanın “mehriban tərəfdaşları” olduqlarını dilə gətirib.
“Xəzərin hüquqi statusu barədə konvensiyada nəzərdə tutulduğu kimi, Xəzər regionunda baş verənlərə bütün məsuliyyətin bundan sonra da yalnız “Xəzər beşliyi” ölkələri üzərində olması çox mühümdür”, –  S.Lavrov əlavə edib.

//Report