İsrail hökumətindən Şimali Qafqazdakı VƏTƏNDAŞLARINA ÇAĞIRIŞ
    • 30-10-2023, 23:48
    • 208

İsrail hökumətindən Şimali Qafqazdakı VƏTƏNDAŞLARINA ÇAĞIRIŞ

İsrail hökuməti Şimali Qafqazda israillilər üçün təhlükə səviyyəsini maksimuma – dördüncü səviyyəyə qaldırıb və bu bölgəyə səyahətdən çəkinməyi, oradakı vətəndaşlara isə ərazini tərk etməyi israrla tövsiyə edib.

News24.az xəbər verir ki, bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının və Xarici İşlər Nazirliyinin birgə bəyanatında deyilir.

“Dünən gecə baş verən hadisələrdən sonra və Dəmir Qılınclar Müharibəsi (İsrail ordusunun Qəzza zolağında əməliyyatı – red.) fonunda və İsrail/yəhudi hədəflərinə qarşı mümkün hücumlar, iğtişaşlar və zorakılıq qorxusuna görə Şimali Qafqaz regionuna səyahət xəbərdarlığı ən yüksək - 4-cü səviyyəyə qaldırıb”, - məlumatda deyilir.