8-ci dəfə “Qızıl top”u QAZANDI - VİDEO
    • 31-10-2023, 01:46
    • 782

8-ci dəfə “Qızıl top”u QAZANDI - VİDEO

“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibi müəyyənləşib.

News24.az xəbər verir ki, bu mükafata ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messi layiq görülüb.

Argentinalı hücumçu karyerasında 8-ci dəfə titula sahib çıxıb. 36 yaşlı futbolçuya mükafatı “İnter Mayami”nin sahibi, əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem təqdim edib.

Ən yaxşı qadın futbolçu isə İspaniya yığmasının və yerli “Barselona” klubunun 25 yaşlı yarımmüdafiəçisi Aytana Bonmati seçilib.

Qeyd edək ki, Lionel Messi 2022-ci ilin noyabr-dekabr aylarında Qətərdə keçirilən dünya çempionatının qalibi olub. O, daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub.